• Təqvim

  • Maraq



Qazax RİH-in 2025-ci il üçün mülki müdafiə “Tədbirlər Planı”na uyğun olaraq rəhbər heyətin mülki müdafiə məşqi keçirilib


İyunun 2-də Qazax Rayon İcra Hakimiyyətinin 2025-ci il üçün mülki müdafiə “Tədbirlər Planı”na uyğun olaraq rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

Akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları, Mülki müdafiə xidmətləri üzrə məsul şəxslər, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri iştirak ediblər. 


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. A.Hümbətov qeyd edib ki, “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, - deyən Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı mühafizəsi istiqamətində mühüm tədbirlər görülüb. Bu sahədə zəruri qanunvericilik bazası yaradılıb, 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” və “Mülki müdafiə haqqında” qanunlar qəbul olunub. Dövlət başçısının diqqət və qayğısı ilə ölkəmizdə mülki müdafiə xidmətinin maddi-texniki bazası xeyli gücləndirilib, mütəxəssis hazırlığı günün tələbinə uyğun qurulub. 2005-ci il dekabrın 16-da ölkəmizdə Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılıb. Prezident İlham Əliyevin dediyi kimi: “Bütövlükdə, bu gün texniki təminat yüksək səviyyədədir. Son illərdə lazım olan bütün texniki avadanlıq alınmışdır... Yəni bu gün texniki təchizatla bağlı heç bir problem yoxdur... Bir sözlə, Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazası möhkəmdir, işçilərin peşəkarlığı artır, tədris prosesi düzgün təşkil edilibdir”. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu sahəyə də diqqət və qayğı göstərir. Ali Baş Komandan İlham Əliyevin 2011-ci ildə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağını təqdim etməsi buna bariz nümunədir. Ölkəmizdə təhlükəsiz cəmiyyət şəraitinin formalaşması ilə bağlı görülən işlərdə FHN-in mülki müdafiə sisteminin rolu danılmazdır. A.Hümbətov tədbirin mövzusunun fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili olduğunu bildirib. Tədbirin keçirilməsində əsas məqsədin Mülki Müdafiə planının reallığının yoxlanılması, rəhbər, komandir-rəis heyətin fövqəladə hadisələr zamanı hazırlıq səviyyəsinin yoxlanılması, rəhbər, komandir-rəis heyətin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərinin təkmilləşdirilməsi olduğunu söyləyib. RİH-nin rəhbər və komandir-rəis heyəti, MM xidmətlərinin rəhbər heyətinin, hərbiləşdirilməmiş ərazi MM dəstələrinin - ərazi kəşfiyyat və xilastmə dəstə komandirlərin cəlb olunduğunu diqqətə çatdırıb.  


Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən, daxili xidmət mayoru Nəsimi Nəsibov çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüb. Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin gördüyü işlərdən söz açıb.

 

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Mülki Müdafiə Qərargah rəisi Mehman Carçıyev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, hər hansı bir hadisə baş verən zaman səhiyyə işçiləri olaraq hazır olduqlarını söyləyib. 

Tədbirdə gənclərin də iştirakı nəzərə alınaraq rayonda keçirilmiş nümunəvi tədbirləri özündə əks etdirən videoçarxlar nümayiş etdirilib.



Facebook-da paylaş