• Təqvim

  • Maraq



Qazaxda “Müdrik xalqın dəmir iradəsini ifadə edən Heydər Əliyev Konstitusiyası” mövzusunda tədbir keçirilib


Mayın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı “Arkoz Qazax Sement Zavodu“ MMC ərazi partiya təşkilatında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Müdrik xalqın dəmir iradəsini ifadə edən Heydər Əliyev Konstitusiyası” mövzusunda tədbir keçirilib.

Tədbirdən əvvəl iştirakçılar zavodun həyətində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə dərin hörmət və ehtiramlarını bildiriblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda edən müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, “Arkoz Qazax Sement Zavodu“ MMC-nin direktor müavini Hikmət Əliyev, Ərazi partiya təşkilatının sədri Nizami Zeynalov, sədr müavini Elvin Əmiraslanov, partiya fəalı İlham Alıyev çıxış edərək müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən ətraflı danışıblar. Natiqlər Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin respublikamızda “Konstitusiya və Suverenlik İli” elan edildiyini və 10 may 2025-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün böyük təntənə ilə qeyd olunacağını diqqətə çatdırıblar. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən geniş bəhs edərək 2025-ci il “Konstitusiya və Suverenlik İli”nin də xalqımız üçün çox uğurlu, yaddaqalan, əlamətdar bir il olacağına böyük əminliklərini bildiriblər.

Tədbirdə Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən ən fəal partiya üzvləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif ediliblər.



Facebook-da paylaş