• Təqvim

  • Maraq



Ağstafaçay su anbarının ətrafı təmizliyə çıxmışdır


Respublika mətbatı Qazax haqqında

2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar Qazax rayonunda da silsilə tədbirlər həyata keçirilir.

Bu günlər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurası üzvlərinin, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kolleci tələbələrinin və gənc könüllülərin iştirakı ilə Cəfərli kəndi ərazisində - Ağstafaçay su anbarının ətrafında növbəti təmizlik aksiyası keçirilmişdir.
Aksiyadan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gənclərlə görüşərək onlara bu nümunəvi təşəbbüslərinə görə minnətdarlığını bildirmişdir. O, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamına əsasən Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsini yüksək dəyərləndirmiş və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsini əlamətdar hadisə adlandırmışdır.

Sonra zəruri geyim və sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən ərazi plastik və digər məişət tullantılarından təmizlənmiş, toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

22 avqust 2024-cü il, səhifə 8

https://www.azerbaijan-news.az/az/posts/detail/agstafacay-su-anbarinin-etrafi-temizliye-cixmisdir-1724272816 




Facebook-da paylaş