• Təqvim

  • Unutma

  • Maraq



Qaldırdığım məsələ operativ həll edildi

Respublika mətbuatı Qazax haqqında

Dövlət başçısının rəhbər vəzifəli şəxslərə qəbullar zamanı vətəndaşlarla təmasda olmaları, onları narahat edən problemlərə həssaslıqla yanaşmaları barədə verdiyi tapşırıqlar Qazax rayonunda da icra edilir.

Bu yaxınlarda Rayon İcra Hakimiyyəti başçısının kəndimizdə keçirdiyi səyyar görüşdə evimin yaxınlığında yerləşən 400 kilovoltluq elektrik stansiyasının təhlükə törətməsi barədə məsələ qaldırdım və həmin stansiyanın ətrafına təhlükəsizlik toru çəkilməsini xahiş etdim. Problemlə bağlı aidiyyəti qurumlara tapşırıq verildi və bir neçə gündən sonra məsələ həll olundu. Buna görə qəzetiniz vasitəsilə əlaqədar qurumlara minnətdarlığımı bildirirəm.

Fəqan RƏHİMOV,

Qazax rayonu Qazaxbəyli kəndinin sakini,

3-cü dərəcəli Vətən müharibəsi əlili




Facebook-da paylaş