• Təqvim

  • Unutma

  • Maraq



Artezian Günəş enerjisi ilə işləyir

Respublika mətbuatı Qazax haqqında 


Qazaxda bu ilin sentyabr ayından Qərb bölgəsində ilk dəfə olaraq Günəş enerjisi ilə işləyən artezian quyusu istifadəyə verilib. Bu, rayonda əkin və meşə sahələrinin suvarılmasını böyük kömək göstərir.

Maraqlı layihə Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Günəş enerjisi ilə işləyən artezian quyusunun gücü saatda 25 kubmetr təşkil edir. Artezian quyusu yay aylarında saat 8-dən 18-ə kimi hər gün 400 ton su vurub.

Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

8 dekabr 2022-ci il, səhifə 12


 



Facebook-da paylaş