Qazax sakinləri “ASAN qatar”ın fəaliyyətindən məmnundurlar
Respublika mətbuatı Qazax haqqında Səyyar "ASAN qatar” yenə
Qazaxa gəlib. İki həftəyə yaxındır ki, müasir texniki avadanlıqla təchiz
olunmuş qatarda vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməyə başlanıb. Xidmətlər əsasən daxili işlər,
ədliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirlikləri və digər nazirlik və
komitələr tərəfindən təqdim edilir. Sakinlərə yerində göstərilən budəfəki xidmət
müddəti artıq başa çatmaq üzrədir. Qazax sakinləri şəxsiyyət vəsiqələrinin,
ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, vətəndaş
vəziyyəti aktlarının dövlət qeydiyyatı, mənzillərin üzərində mülkiyyət
hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların,
texniki pasportların alınması, əmək pensiyalarının təyin edilməsi, tərcümə,
tibb, bank xidmətləri və onlarla digər xidmət növlərindən bu dəfə də
yararlanmışlar. Bu günə kimi müraciət etmiş 788 nəfərdən 767 nəfərinə belə xidmətlər
göstərilib. Qeyd edək ki, tətbiq olunan
xüsusi karantin rejiminin tələblərinə və sosial izolyasiya tədbirlərinə burada
ciddi əməl olunur. İstər Səyyar "ASAN qatar”ın əməkdaşları, istərsə də vətəndaşlar
tibbi maskadan istifadə edir və sosial məsafə saxlayırlar. Qazax Gənclərin İnkişaf və
Karyera Mərkəzinin "Gənc Könüllülər”inin də iştirak etdiyi Səyyar "ASAN qatar”ın
xidmətini rayon sakinləri böyük razılıqla qarşılamış və bunu ölkə Prezidentinin
onlara göstərdiyi diqqət və qayğının daha bir parlaq nümunəsi kimi qəbul etmişlər. Qeyd: Yazıda göstərilən müraciət
və xidmət sayı artıq yenilənib. Bu günə kimi müraciət etmiş 930 nəfərdən 905 nəfərinə
xidmət göstərilib. Hamlet QASIMOV, "Xalq qəzeti”nin
bölgə müxbiri 24 iyun 2020-ci
il
Facebook-da paylaş