• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tarix dərsləri davam edir


Qazax Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu  Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin təbliği məqsədilə rayonun orta ümumtəhsil məktəblərininin yuxarı sinif şagirdlərinə “Müasir Azərbaycan dövlətinin müstəqillik tarixi” mövzusunda keçirilən tarix dərsləri davam edir.

Dekabrın 22-də keçirilən növbəti dərsdə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Afaq Zeynalova və məktəbin şagirdləri iştirak ediblər. 

Bugünkü dərs “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” mövzusunda olub. Şagirdlərə Azərbaycan tarixinin yetirdiyi ən böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilməsi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etməsi və onun həyata keçirilməsi üçün mühüm addımlar atması barədə geniş məlumat verilib. Ulu Öndərin fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli həmrəyliyin gücləndirilməsinə, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən böyük tarixi nailiyyətlərindən bəhs edilib.  

Dərsdə şagirdlərdən Ülvi Alızadə, Vusət Mahmudov, Fidan Quliyeva sual-cavabda fəal iştirak edərək seçiliblər.



Facebook-da paylaş