• Təqvim

  • Maraq



8 Noyabr - Zəfər Günü münasibətilə "Avey" Dövlət Tarix-Mədəniyyət qoruğunda “Açıq qapı” günü təşkil olunub


8 Noyabr - Zəfər Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur. 

Noyabrın 1-də 8 Noyabr - Zəfər Günü ilə əlaqədar "Avey" Dövlət Tarix-Mədəniyyət qoruğunda “Açıq qapı” günü təşkil olunub. 

Vətən müharibəsi iştirakçıları, qaziləri və qoruğun əməkdaşları əllərində üçrəngli Azərbaycan Bayrağı ilə “Açıq qapı” günündə iştirak ediblər.

Tədbir qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 


Tədbirdə əldə etdiyimiz şanlı Zəfərdən, qəhrəman əsgərlərimizdən, ordu-xalq birliyindən və möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Qələbəmizdən bəhs edilib. 

Görüşdə qoruq rəhbərliyi, qoruğun elmi işçiləri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək Zəfər Gününün mahiyyətindən, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən savaşında hərtərəfli, uğurlu və yenilməz sərkərdəliyindən, Qazaxda rayon rəhbərliyi tərəfindən şəhid ailələri və qazilərlə bağlı görülən işlərdən, onlara göstərilən dövlət qayğısından söz açılıb. Vətən müharibəsinin iştirakçıları olan gənc qazilər tədbirdə iştirak edənlərə döyüş əməliyyatlarından danışaraq, yaddaqalan maraqlı xatirələrini bölüşüblər. Qələbəmizin tarixi əhəmiyyətindən, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində keçdiyi şərəfli yolun gənc nəsilə çatdırılması istiqamətində görülən işlərdən danışıblar. Azərbaycan əsgərinin hər an Vətənin keşiyində durmağa hazır olduğunu, bundan sonra da azad olunan torpaqlarımızı göz bəbəyi kimi qorumaq üçün daha da sıx birləşməli olmağımızı xüsusi qeyd ediblər.

Gələn qonaqlara qoruq əməkdaşları tərəfindən abidələrlə bağlı məlumatlar verilib, qazıntılardan tapılan maddi-mədəniyyət nümunələri nümayiş olunub.

Tədbirin sonunda Zəfər Günü ilə bağlı tədbir iştirakçılarına çay süfrəsi təşkil edilib.

GOYEZEN.AZ



Facebook-da paylaş