• Təqvim

  • Maraq



Qazaxda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş “Tərəqqi yolunun başlanğıcı” adlı tədbir keçirilib


İyulun 14-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə 14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümü ilə əlaqədar “Tərəqqi yolunun başlanğıcı” mövzusunda tədbir keçirilib.


Tədbirdə Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru və əməkdaşları, GİKM Qazax nümayəndəliyinin əməkdaşları, tələbələr, ictimai fəal gənclər iştirak ediblər. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək qüdrətli dövlətin, milli intibahın, mənəvi yüksəlişin tarixi olan 14 iyul 1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi tarixindən danışıb. C.Hüseynova bildirib ki, Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə ölkəmizdə bütün sahələrdə intibah dövrünün əsası qoyuldu. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr ölkəmizin müstəqil dövlət quruculuğuna aparan yolu olmuşdur. Dahi şəxsiyyətin böyük əməlinin nəticəsində həyata keçirilən misilsiz xidmətlərin səciyyəsinə görə tariximizin ən parlaq səhifələridir. Məhz bu illərdə başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli özünüdərk, milli dövlətçilik ideyaları xalqımızın azadlıq mübarizəsində mühüm zəmin oldu. Xalqımızın müstəqillik arzusunun reallaşmasında Heydər Əliyevin rəhbərliyi dövründə əldə edilmiş mübarizlik ruhunun əhəmiyyətli təsiri oldu.

Sonra çıxış edən GİKM Qazax nümayəndəliyinin Təlim-tədris üzrə mütəxəssisi Abuhəyat Əfəndiyeva, gənclərdən Bakı Dövlət Universitetinin tələbələri Minayə Alıyeva və Cəmalə Mustafayeva çıxış edərək bildiriblər ki, dövlət gənclər siyasəti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Hələ Sovet hakimiyyəti illərində Ümummilli Lider yüzlərlə Azərbaycan gəncinin ittifaqın bir çox böyük və mərkəzi şəhərlərində təhsil almalarına şərait yaratmışdır. Gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə ali təhsil almağa göndərilir və savadlı kadr kimi Vətənə qayıdaraq fəaliyyət göstərməyə başlayırdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmin, mədəniyyətin, səhiyyənin inkişafında əvəzsiz xidmət göstərirlər. 

Tədbirin sonunda dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərin xronologiyasını özündə əks etdirən videoçarx nümayiş etdirilib.

GOYEZEN.AZ



Facebook-da paylaş