• Təqvim

  • Maraq



“Müstəqil Azərbaycanın təməl tarixi” başlıqlı dəyirmi masa keçirilib


İyulun 13-də Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyinin I dövrünün başlanğıcı - 1969-cu il 14 iyul tarixində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilməsi ilə əlaqədar “Müstəqil Azərbaycanın təməl tarixi” başlıqlı dəyirmi masa keçirilib.

Tədbirdə Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak ediblər.


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova milli tariximizin Heydər Əliyev dövrünün başlanğıcı - 1969-cu il 14 iyul tarixindən danışaraq bildirib ki, Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdi. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrün ilk mərhələsi xalqın yaddaşında respublikamızda nəinki iqtisadi yüksəliş, eyni zamanda, quruculuq, abadlaşdırma dövrü kimi qalmışdır. Heydər Əliyevin1969-cu ildən başlanan fəaliyyəti respublikamızın müstəqil dövlət quruculuğuna aparan yolu olmuşdur. Məhz bu dövrdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. Bu gün Azərbaycan Heydər Əliyev siyasətinə sadiqlik nümunəsində ən gözəl günlərini yaşayır, qalib, bütöv Azərbaycan kimi dünyaya səs salır. 


Qazax Rayon MKS-nin direktoru Münəvvər Süleymanova çıxış edərək qeyd edib ki, 1969-1982-ci illər ərzində Azərbaycanın bugünkü müstəqilliyinin əsasını təşkil edən siyasi, sosial, elmi, mədəni potensialı yaranmış, minlərlə kitabxana, klub, məktəb, muzey, səhiyyə ocağı istifadəyə verilmişdir. Mənəvi tərbiyə məsələsi Heydər Əliyevin rəhbərliyə başladığı ilk günlərdən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olmuşdur. Görkəmli şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların yubileyləri keçirilmiş, ev muzeyləri açılmış, heykəlləri, məqbərələri ucaldılmışdır. 


Daha sonra Qazax Rayon MKS-nin Xidmət Şöbəsinin müdiri Bəsti Məmmədova çıxış edərək bildirib ki, bu gün Azərbaycanın adı bütün sahələrdə dünyada lider ölkələr sırasında çəkilir. Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyev müasir, qüdrətli, inkişaf etmiş Azərbaycan dövləti yaratmışdır. Xalqımızı daha gözəl günlər, işıqlı sabahlar gözləyir. Dövlətimizin bütün uğurlarının təməlində tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin müdrik siyasəti dayanır. 

GOYEZEN.AZ



Facebook-da paylaş