• Təqvim

  • Maraq



Qazaxda “Hər bir azərbaycanlı üçün inam və ümid günü - Zəfər Qurultayı” adlı tədbir keçirilib


Aprelin 27-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Hər bir azərbaycanlı üçün inam və ümid günü - Zəfər Qurultayı” adlı tədbir keçirilib.

22 aprel 2022-ci il tarixdə Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayına həsr olunmuş tədbirdə xalqımızın yaddaşına qızıl hərflərlə yazılan həmin tarixi günün əhəmiyyətindən söhbət açılıb.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimləri, Təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər, muzey rəhbərləri və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir Şuşa şəhərinə 3D qrafik təsvirli virtual səyahət formatında filmin nümayişi ilə başlayıb.

 




 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Aprelin 22-də Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı haqqında geniş məlumat verərək həmin tarixi günün xalqımızın yaddaşına əbədi həkk olunduğunu bildirib. Həmin Qurultayda Dünya Azərbaycanlılarının vahid milli dövlətçilik və Azərbaycançılıq ideyası ətrafında birləşməsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Müavin G.Həsənova qeyd edib ki, Ümummilli Liderin Azərbaycanın birlik və həmrəyliyi ilə bağlı ideyalarının həyata keçirilməsi bu gün Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edir. İllər sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi məhz Prezident İlham Əliyevin uğurlu idarəçilik və liderlik qabiliyyətinin nümunəsidir. Tarixi qələbəmizdən sonra azad Şuşada keçirilən Zəfər Qurultayı bir daha Azərbaycanın gücünün, qüdrətinin dünyaya bəyan etdirilməsi deməkdir. Müavin G.Həsənova bu gün vətəndaş olaraq 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə, Zəfərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Bu gün Şuşada yaşanan bütün qürurverici anların müəllifləri olan Ali Baş Komandanın, şəhidlərimizin, qazilərimizin yaddaşlara əbədi həkk olunduqlarını bir daha qeyd edib.  

Sonra BDU-nun Qazax filialının tədris və elmi işlər üzrə direktor müavini, dosent Məmməd Yusifov, filialın Dil, Ədəbiyyat və onların tədrisi metodikası kafedrasının dosenti, filologiya üzrə elmlər doktoru Valeh Nəsibli, həmin kafedranın baş müəllimi Mustafa Mustafayev, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, Qazax Rayon Təhsil Şöbəsinin müdir müavini Əziz Məmmədov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Qiymətləndirmə və Monitorinq Şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək milyonlarla xaricdə yaşayan azərbaycanlının V Qurultayının - Zəfər Qurultayının Şuşada keçirilməsinin xalqımız üçün böyük məna kəsb etməsindən, Ulu Öndər davamçılarının həmrəylik və birlik bayramlarını Şuşada keçirmələrinin tarixi əhəmiyyətindən danışıblar. Çıxışlarda ümumi fikir ifadə olunub ki, mədəniyyət paytaxtımız Şuşada keçirilən Zəfər Qurultayı hər bir azərbaycanlı üçün inam və ümid günüdür. Çıxış edənlər qeyd ediblər ki, xalqımız tarixin müəyyən dönəmlərində sınaqlarla üz-üzə qalsa da hər zaman birlik və həmrəylik sayəsində milli dövlətçilik və bütöv Azərbaycan naminə birləşməyi bacarmış, ümummilli ideyalar naminə müqəddəs və məsuliyyətli mübarizələrdə hər zaman qalib olmuşlar. Bundan sonra da xalqımız müzəffər xalq kimi əbədi yaşayacaq və ölkədə xalq-iqtidar birliyi davam edəcəkdir.

 

 

GOYEZEN.AZ



Facebook-da paylaş