• Təqvim

  • Maraq



Qazax Rayon Heydər Əliyev Mərkəzində 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib


Qazax Rayon Heydər Əliyev Mərkəzində 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş "Fövqəladə halların qarşısının alınması və belə hallarda işçilərin fəaliyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, Daxili xidmət mayoru Nəsimi Nəsibov,  Qazax Rayon Dövlət Yanğından Mühafizə Bölməsinin rəisi, baş leytenant Orxan Hacəliyev və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması, belə hallarda işçilərin davranış qaydaları, vəzifələri, profilaktik tədbirlərin təşkil edilməsi, işçilərin təhlükəsizliyinin təmin edilməsi və maddi texniki təminatlardan istifadə qaydaları haqqında maarifləndirmə xarakterli məlumat vermək olub.

Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, Daxili xidmət mayoru Nəsimi Nəsibov çıxış edərək Mülki Müdafiənin yaranma tarixi, rolu və vəzifələri haqqında məlumat verib. Qeyd edib ki, Ümumdünya Mülki Müdafiə Günü 1 mart 1972- ci ildən qeyd edilir. Azərbaycan 1993-cü ildən bu təşkilatın üzvüdür. Mülki Müdafiə qüvvələrinin qarşısında duran əsas məqsəd əhalinin mühafizəsini təmin etmək, fövqəladə hallarda mühafizə sahəsində əhalinin hazırlığını təmin etməkdir. Mülki Müdafiə dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

Daha sonra Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, Daxili xidmət mayoru Nəsimi Nəsibov və Qazax Rayon Dövlət Yanğından Mühafizə Bölməsinin rəisi, baş leytenant Orxan Hacəliyev Mərkəzin əməkdaşlarına yanğınsöndürmə balonları, onların növləri, istifadə qaydaları haqqında məlumat veriblər. Onlardan istifadə qaydası xüsusi olaraq hazırlanmış təlimat vərəqləri formasında işçilərə təqdim edilib.



GOYEZEN.AZ



Facebook-da paylaş