• Təqvim

  • Maraq



Qazax Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Dönə-dönə xatırlayın" adlı tədbir keçirilib


Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımının 30-cu ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd olunur.

Fevralın 24-də Qazax Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Dönə-dönə xatırlayın" adlı tədbir keçirilib.

Tədbirdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, idarənin aparat üzvləri, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzin qarşısında Qazax Rayon Mərkəzi Kitabxana Sisteminin təşkil etdiyi Xocalı qətliamına həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçiriblər.


 

Mədəniyyət Mərkəzinin böyük zalında davam edən tədbirdə Vətən uğrunda canından keçən şəhidlərimizin və soyqırımı qurbanlarınIn xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Səhnədə qurulmuş böyük ekranda Xocalı soyqırımı haqqında videoçarx tamaşaçılara nümayiş etdirilib. Həmçinin, mədəniyyət işçilərinin və məktəblilərin ifasında xalqımızın ən faciəli hadisəsi olan Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar səsləndirilib.








 

GOYEZEN.AZ



Facebook-da paylaş