• Təqvim

  • Maraq



Kiyev şəhərində keçirilən IV Beynəlxalq İncəsənət Festivalında qazaxlı həvəskar gənc rəssam Fidan Hüseynlinin əl işi yer alıb


Ukraynanın paytaxtı Kiyev şəhərində Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin təşkilatçılığı ilə IV Beynəlxalq İncəsənət Festivalı (MALUY.UA) keçirilib.

11 ölkədən - Ukrayna, Monteneqro, Kanada, Azərbaycan, Serbiya, Ermənistan, İsveçrə, ABŞ, Belarus, Polşa və Moldovadan 500-dən çox 5-25 yaşlı gənc rəssam və heykəltəraş iştirak edib. İştirakçılar arasından 250 finalçı seçilib, onlardan 174-ü Ukrayna və 76 digər ölkələrdəndir.

Münsiflər heyəti tərəfindən 5 qitənin 14 ölkəsindən - Azərbaycan, İtaliya, İspaniya, ABŞ, Kanada, Uruqvay, Monteneqro, Ermənistan, Belçika, Gürcüstan, Belarus, Çin, Avstraliya və Ukraynadan qatılan rəssamların əl işləri seçilib.

Seçilən 57 qalib arasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən Qalereyaya daxil olmuş məktuba əsasən Qazax Dövlət Rəsm Qalereyasından göndərilən rəsmlər də sərgilənib.  

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qalereya tərəfindən göndərilən 6 uşaq arasında həvəskar gənc rəssam Hüseynli Fidan Hüseyn qızının əl işi yer alıb. Qaliblər sırasında olan gənc rəssamın çəkdiyi rəsm Diploma layiq görülüb.

Biz də öz növbəmizdə gəncimizi əldə etdiyi uğur münasibətilə təbrik edir, gələcəkdə daha böyük nailiyyətlər qazanmasını arzulayırıq.

GOYEZEN.AZ



Facebook-da paylaş