İcra başçısı vətəndaşın müraciətini dinləyib
Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğının kökündə ölkəmizdə həyata keçirilən dövlət siyasəti, bu siyasətin tərkib hissəsi olan vətəndaş amili dayanır. Bu, bütün sahələrdə əsas götürülməklə yanaşı, həm də hər bir dövlət məmuruna nümunədir.
Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.
Martın 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Daş Salahlı kəndindən müraciət etmiş 1 nəfər vətəndaşı fərdi qəbul edib. Qəbulda vətəndaşın müxtəlif məzmunlu müraciəti dinlənilərək müvafiq olaraq cavablandırılıb.
Facebook-da paylaş