İcra başçısı vətəndaşları fərdi qəbul edib
Ölkə Prezidenti İlham Əliyevi Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etməsi deməkdir. Bu, bütün sahələrdə əsas götürülməklə yanaşı, həm də hər bir dövlət məmuruna nümunədir.
Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.
Fevralın 21-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qaymaqlı və Çaylı kəndlərindən müraciət etmiş 2 nəfər vətəndaşı fərdi qəbul edib. Qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.
Facebook-da paylaş