Qazaxda “Azərişıq” ASC-nin yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmaqla Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq” ASC-yə həvalə edilmişdir.
Bu il fevralın 10-da “Azərişıq” ASC-nin yaranmasının 10 ili tamam olur.
Fevralın 7-də Qazaxda “Azərişıq” ASC-nin yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin rəisi Nəvayi Alıyev və Şəbəkənin əməkdaşları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə “Azərişıq” ASC-nin yaranmasının 10 illiyi münasibətilə Cəmiyyət və “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsi tərəfindən son illər həyata keçirilmş işləri özündə əks etdirən slayd təqdim olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, “Azərişıq” ASC-nin yaranmasının 10 illiyi münasibətilə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov başda olmaqla cəmiyyətin bütün əməkdaşlarını, “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin işçilərini təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri bildirib ki, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə elektrik enerjisi sisteminin inkişafı daim prioritet məsələlər sırasına aid edilmiş, bu sistemin sürətli inkişafını təmin etmək məqsədilə bir sıra irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi fəaliyyəti nəticəsində Azərbaycan Respublikası nəinki elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödənilməsini təmin etmiş, eyni zamanda ölkəmiz elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdi. Bu gün isə Respublika Prezidenti İlham Əliyev tərəfindən həmin strateji xətti uğurla davam etdirilərək elektroenergetika sisteminin müasir çağırışlar və beynəlxalq tələblər səviyyəsində qurulması üçün davamlı və ardıcıl islahatlar həyata keçirilir. İcra başçısı əsas missiyası Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini istehsalçılardan satın almaqla istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz etməkdən, yeni texnologiyalar tətbiq olunmaqla paylayıcı şəbəkələrin maddi-texniki bazasını müasirləşdirməkdən, habelə bu sahənin inkişafı ilə bağlı digər zəruri tədbirləri həyata keçirməkdən ibarət olan “Azərişıq” ASC-nin üzərlərinə düşən bu missiyanı layiqincə yerinə yetirdiklərini qeyd edib. “Azərişıq” ASC tərəfindən öz üzərinə düşən missiyanın layiqincə yerinə yetirilməsi məqsədilə ölkənin bütün ərazilərində genişmiqyaslı yenidənqurma və təmir işləri həyata keçirildiyini, şəbəkə infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl və innovativ texnologiyaların tətbiq edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin görüldüyünü, istismar müddəti bitmiş avadanlıqların texniki baxımdan daha müasir və güclü avadanlıqlarla yeniləndiyini, yeni yarımstansiyaların tikildiyini, uzun müddət istismarda olan naqil və açıq tipli hava xətlərinin yeni müasir tipli izolyasiyalı naqillərlə əvəz olunduğunu bildirib. Rayon rəhbəri ən əsası da vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyət tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin mütəmadi olaraq yüksəldildiyini söyləyib. İcra başçısı Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında “Azərişıq” ASC tərəfindən işğaldan azad olunmuş torpaqlarımızda da lazımi yenidənqurma və bərpa işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Bu gün işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun digər rayonlarında dağıdılmış elektrik şəbəkələrinin tamamilə yenidən qurulduğunu, yeni salınan şəhər və qəsəbələrin işıqlandırılması üçün ən müasir avadanlıqlardan istifadə edilməklə yeni güc mərkəzlərinin yaradıldığını, görülən bütün işlərin isə Baş Plana əsasən aparıldığını söyləyərək bu çətin və məsuliyyətli işlərində “Azərişıq” ASC-nin sədri başda olmaqla, bütün əməkdaşlara bir daha uğurlar arzulayıb. Rayon rəhbəri “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin də üzərilərinə düşən işin öhtəsindən layiqincə gələrək rayonda əhalini, istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz etmək üçün böyük səylə çalışdıqlarını, gördükləri işlərlə “Azərişıq” ASC-nin həyata keçirdiyi tədbirlərə öz töhfələrini verdiyini vurğulayıb, bu yolda Şəbəkənin əməkdaşlarına uğurlar diləyib.
“Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin rəisi Nəvayi Alıyev çıxış edərək iştirakçıları salamlayıb, “Azərişıq” ASC-nin yaranmasının 10 illiyi münasibətilə tədbirin keçirilməsinə, şəbəkə əməkdaşlarının Fəxri Fərmanla təltif olunmasına, onların əməyinə verilən qiymətə və ünvanlarına səslənən xoş sözlərə görə rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib. Bu təltifin və ünvanlarına deyilən fikirlərin üzərilərinə böyük məsuliyyət qoyduğunu qeyd edərək hər zaman olduğu kimi, bundan sonra da müstəqil Azərbaycanımızın, doğma Qazaxımızın inkişafı naminə rəhbərlik etdiyi kollektivlə birlikdə böyük səylə çalışacaqlarını, əllərindən gələni əsirgəməyəcəklərini söyləyib. Vətəndaşlara, o cümlədən şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşacaqlarını, diqqət ayıracaqlarını, qayğı göstərəcəklərini qeyd edib. Şəbəkə rəisi rayonda vətəndaşların yüksək keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün üzərilərinə düşən vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəklərini vurğulayıb.
Tədbirdə iştirak edən idarə müdirlərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov və başqaları çıxış edərək “Azərişıq” ASC-nin, “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin gördükləri işləri yüksək qiymətləndirərək bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıblar.
Onu da qeyd edək ki, “Azərişıq” ASC-nin yaranmasının 10 illiyi münasibətilə “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin bir qrup əməkdaşı - Şəbəkənin rəisi Alıyev Nəvayi Əbülfət oğlu, şəbəkədə satış rəisi Məmmədov Ramil Ramiz oğlu, baş mühəndis Ağacanov Aqil Zahid oğlu, usta Abbasov Səbuhi Rəfayıl oğlu, mühəndis Xasməmmədov İlham Vüqar oğlu, aparıcı mühəndislər Nuruyev Zülfüqar Avdı oğlu, Rəhimov Firuddin Viktor oğlu, elektrik montyoru Mehdiyev Zaur Mikayıl oğlu xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.
Facebook-da paylaş