• Təqvim

  • Maraq



Qazaxda “Azərişıq” ASC-nin yaranmasının 10 illiyi münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi və Ümummilli Liderin adını daşıyan Mərkəz ziyarət olunub


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti adlandırılmaqla Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi “Azərişıq” ASC-yə həvalə edilmişdir. 

Bu il “Azərişıq” ASC-nin yaranmasının 10 ili tamam olur. Bu münasibətilə Qazaxda Ümummilli Lider Heydər Əliyevin abidəsi və Ulu Öndərin adını daşıyan Mərkəz ziyarət olunub.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin rəisi Nəvayi Alıyev və Şəbəkənin əməkdaşları Ulu Öndər  Heydər Əliyevin adını daşıyan parka gələrək abidə önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə tanış olublar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Azərişıq” ASC-nin yaranmasının 10 illiyi münasibətilə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov başda olmaqla cəmiyyətin bütün əməkdaşlarını, “Qərb” Regional Enerji Təchizat və Satış İdarəsinin Qazax Elektrik Şəbəkəsinin işçilərini təbrik edib, ən xoş arzularını çatdırıb.



Facebook-da paylaş