• Təqvim

  • Maraq



İcra başçısı vətəndaşın müraciətini dinləyib


Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda hər zaman hiss olunur. Bu, eyni zamanda, həm də hər bir dövlət məmuruna örnəkdir. Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. 

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli isə daim diqqət mərkəzində saxlanılır. 

Oktyabrın 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Çaylı kənd sakini Xəlilova Zərbanə Araz qızını fərdi şəkildə qəbul edib, onun torpaq məsələsi ilə bağlı müraciətini dinləyib və müvafiq olaraq cavablandırıb.




Facebook-da paylaş