Prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olub
İyunun 28-də Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olub.
Prokurorluq əməkdaşları tarixi Qazax Müəllimlər Seminariyasının muzeyi ilə tanış olub və onlara təhsil müəssisəsi ilə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitirib.
Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Həmçinin, vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb.
Nəzərə çatdırılıb ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. Hazırda Mərkəzdə tədrisə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər.
Prokurorluq əməkdaşları tələbə-müəllim heyəti ilə söhbət edib, onlarla səmərəli fikir mübadiləsi aparılıb
Sonda xatirə fotoşəkli çəkilib.
Facebook-da paylaş