• Təqvim

  • Maraq



Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - Fotolar


Ölkə Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqətdə saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində, rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və  həlli nəzarətə götürülür.

Onu da qeyd edək ki, vətəndaş mımnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında və yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

Keçirilən qəbullardan sonra rayon İcra Hakmiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən, qəbullar zamanı edilən müraciətlər, vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

2024-cü ilin may ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 4 səyyar görüşü, inzibati binada 11 qəbulu (6-sı fərdi, 5-i ümumi şəkildə olmaqla) təşkil olunub. Ümumi qəbulda 28 nəfərin, fərdi qəbulda 13 nəfərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. May ayı ərzində fərdi və ümumi qəbula gələn 41 nəfər tərəfindən 43 məsələ qaldırılmışdır. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmasına, mənzil, torpaq, əlillik dərəcəsinin təyini və ünvanlı sosial yardım, maddi yardım, müalicə olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. 

May ayında icra başçısının Qazax şəhəri Şəhidlər Xiyabanı küçəsi 12,14, Azadlıq 92, rayonun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbə, Fərəhli və Ürkməzli kəndləri üzrə 383 nəfər sakinin iştirakı ilə keçirilən görüşlərdə 6 müraciət qeydə alınmışdır. Həmin müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. 

Səyyar qəbullarda vətəndaşlar əsasən elektrik məsələsi (elektrik enerjisi ilə təchizat, elektrik dayaqlarının dəyişdirilməsi və s.), suvarma suyu (sahilbərkitmə işlərinin aparılması, subartezian quyusunun qazılması (balansa verilməsi), suvarma arxlarının beton üzlüyə alınması və s.), avtomobil yolunun təmiri (əsaslı təmiri, asfaltlanması), təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi, təmiri, içməli su və kanalizasiya məsələləri, qaz təchizatı ilə bağlı müraciət etmişdir.

Səyyar qəbullarda İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, digər rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib.

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq, rayonda silsilə tədbirlərin həyata keçirilməsi və  Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə sakinlərə ətraflı məlumat verilib.

Fərdi şəkildə keçirilmiş qəbuldan

Ümumi şəkildə keçirilmiş qəbuldan

Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə keçirilmiş səyyar qəbuldan

Qazax şəhəri Şəhidlər Xiyabanı 12,14, Azadlıq 92-də yaşayan sakinlərlə keçirilmiş səyyar qəbuldan

Fərəhli kəndində keçirilmiş səyyar qəbuldan

Ürkməzli kəndində keçirilmiş səyyar qəbuldan



Facebook-da paylaş