Qazaxda iri investisiya layihələri həyata keçiriləcək
Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün geniş imkanlar açılıb. Ölkə Başçısının irəli sürdüyü proqrama uyğun olaraq Qazax rayonunda da bu sahənin inkişafı istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Kənd təsərrüfatına investisiyaların qoyulması, sahibkarlar üçün münbit şəraitin yaradılması Qazaxda görülən işləri özündə əks etdirir. Bunun nəticəsidir ki, Qazax kənd təsərrüfatının ınkişaf etdirilməsi üçün ən cəlbedici rayona çevrilib.
Amerika Birləşmiş Ştatları – İsrail iri şirkətlərin kənd təsərrüfatı üzrə təmsilçisi Tenqiz Ciqianın başçılıq etdiyi nümayəndə heyəti Qazax rayonunda olub.
Qonaqlar Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşərək rayon rəhbərliyi ilə fikir mübadiləsi aparıb, rayonun kənd təsərrüfatı sahəsinə investisiya qoymaq imkanlarını müzakirə ediblər.
Sonra qonaqlar rayonumuzla tanış olublar. Fəxri qazaxlılar parkı ilə tanışlıqdan sonra Şəhidlər Xiyabanına gələrək şəhidlərin ruhunu böyük ehtiramla yad ediblər.
Daha sonra Qazax Tarix-Diyarşünaslıq Muzeyində rayonumuzun tarixi, mədəniyyəti, iqtisadiyyatı ilə tanış olublar.
Nümayəndə heyətinin üzvü İmamverdi Cəfərov Qazaxda aparılan işləri yüksək qiymətləndirərək rayonda bütün sahələrin inkişaf etdiyini bildirib.
Sinqapur yüksək texnologiyalı kənd təsərrüfatı layihələrinin rəhbəri, “Grousse Solar Energy” şirkətinin Azərbaycandakı təmsilçisi Cəmilə Rəhimova Qazax rayonunda irimiqyaslı investisiya layihələrinin həyata keçiriləcəyini bildirib. Bu layihələrin rayonun yararsız torpaqlarında aparılacağını və 103 hektar sahədə istixana salınacağını qeyd edib. Onu da bildirib ki, Qazax sahibkarlığın inkişaf etdirilməsi üçün ən əlverişli rayondur.

GOYEZEN.AZ
Facebook-da paylaş