• Təqvim

  • Maraq



Qazaxda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans keçiriləcək


Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyev qədirbilən xalqımızın qəlbində əbədi yaşayır. Bu gün xalqımız Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub.

Respublika Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması müasir tariximizin həlledici anında, Azərbaycan xalqının gələcək taleyinin müəyyənləşdiyi mürəkkəb dövrdə müstəsna xidmətlər göstərmiş Ulu Öndərə dövlətimizin verdiyi yüksək qiymətin bariz nümunəsidir. Keçdiyi zəngin həyat yolu, Vətən və xalq qarşısında misilsiz xidmətləri Heydər Əliyevi öz tarixi, milli dəyərləri, dövlətçilik ənənələri ilə fəxr edən azərbaycanlıların qürur mənbəyinə çevirmişdir. 

Müstəqil Azərbaycanın memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunur. 

“Heydər Əliyev İli” çərçivəsində 2023-cü il23-24 noyabr tarixlərində Qazax Rayon İcra Hakimiyyətinin, Ərzincan Binəli Yıldırım Universitetinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Ədəbiyyat Muzeyində keçiriləcək Beynəlxalq Elmi Konfransa Türkiyədən, Qazaxıstandan, Sibiriyadan (Tuva Türkü), Özbəkistandan, Koreyadan elm adamları qatılacaqlar. 

Beynəlxalq Elmi Konfransda Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin, Mədəniyyət komitəsinin, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, AMEA Folklor İnstitutunun direktoruakademik Muxtar İmanov, Azərbaycanın keçmiş səfiri, diplomat Hulusi Kılıc, Binəli Yıldırım Universitetinin təmsilçisi Prof.Dr. Ali Kafkasyalı, Türkiyənin Atatürk Universitetindən Dr. Hamza Kolukısa, Adıyaman Üniversitesi Fen Edebiyyat Fakültesi Türk Dili ve Edebiyatı Bölümü, Prof.Dr. Şehrabanı Allahverdiyeva, Azərbaycan Dillər Universitetindən dosent Misgər Məmmədov, Naxçıvan Dövlət Universitetindən Fil.ü.f.d.dos. Bağır Babayev, AMEA Folklor İnstitutunun şöbə müdiri dosent Fidan Qasımova, AMEA Folklor İnstitutunun Qadınlar Şurasının sədri dosent Aynur İbrahmova və başqaları iştirak edəcəklər.

“Heydər Əliyev müasir dövlətçiliyimizin banisidir” mövzusunda baş tutacaq Beynəlxalq Elmi Konfransda elmi məruzələr dinləniləcək, çıxışlar olacaq.

GOYEZEN.AZ



Facebook-da paylaş