• Təqvim

  • Maraq



Şəhid anaları ziyarət edilmişdir

Respublika mətbuatı Qazax haqqında


44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış, dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərmişdir. Bu ilin 19-20 sentyabrında Silahlı Qüvvələrimiz tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri də xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Məhz həmin tədbir nəticəsində bu gün Xankəndidə üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Söz yox ki, qazandığımız bu qələbələr şəhidlərimizin qanı, canı bahasına əldə edilmişdir. Odur ki, şanlı zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, onların ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına hər zaman borcluyuq.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, qazilərə göstərdikləri qayğıkeşlik Qazax rayonunda da hər zaman hiss olunur. Bu günlər rayon rəhbərliyi Qazax Mərkəzi Xəstəxanasında müalicə olunan Vətən müharibəsi şəhidi leytenant Həməşəyev Qismət Oruc oğlunun anası Tamara Həməşəyevanı və Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalan Qazax şəhər sakini baş çavuş Hüseynov Ramin Rövşən oğlunun anası Gülbəniz Əmiraslanovanı ziyarət etmişdir. Ziyarət zamanı "Qazax Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova hər iki şəhid anasının səhhəti barədə ətraflı məlumat verərək bildirmişdir ki, onların vəziyyətləri normaldır. Şəhid anaları da onlara göstərilən tibbi xidmətdən razı qaldıqlarını söyləmişlər.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri

1 noyabr 2023-cü il, səhifə 8




https://www.azerbaijan-news.az/uploads/documents/pdf/1-24pdf-1698788021.pdf



Facebook-da paylaş