• Təqvim

  • Maraq



İcra başçısı Qazax şəhər stadionunda olub


Qazax rayonunda bütün sahələrə olduğu kimi, idman sahəsinə də diqqət və qayğı göstərilir. Rayon rəhbərliyi fəaliyyətə başladığı ilk gündən idman sahəsini həmişə diqqətdə saxlayır, bu sahənin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. 

Ötən yazımızda 1980-ci ildə istifadəyə verilən, hazırda Qazaxın "Göyəzən" futbol klubunun fəaliyyət göstərdiyi Qazax şəhər stadionunda iməcilik keçirilməsi barədə məlumat vermişdik. 

Oktyabrın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəisi Əziz Məsmalıyev, İdarənin İdman sektorunun müdiri Sahib Namazov, "Göyəzən" MMC-nin direktoru Tahir Yaqubovla birlikdə şəhər stadionunda olub, orada aparılan iməcilik işləri ilə maraqlanıb. Rayon rəhbərliyinə məlumat verilib ki, stadionun içərisində və ətrafında təmizlik, rənglənmə işləri aparılıb, səliqə-sahman yaradılıb.



Facebook-da paylaş