• Təqvim

  • Maraq



Qazaxda yeni istifadəyə verilən “Venzana” mebel fabrikində əmək yarmarkası keçirilib


Avqustun 24-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının və “Saloğlu” mebel istehsalı müəssisəsinin birgə təşkilatçılığı ilə Qazaxda yeni istifadəyə verilən “Venzana” mebel fabrikində əmək yarmarkası keçirilib. 


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, "Saloğlu” mebel firmasının təsisçisi Tacəddin Mustafayev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov yarmarkanın təşkili ilə maraqlanıb, müraciət edən vətəndaşlarla görüşüblər. 


"Saloğlu” mebel firmasının təsisçisi Tacəddin Mustafayev bildirib ki, hazırdaSaloğlu” mebel fabrikində 425 nəfər işçi çalışır. “Venzana” mebel fabrikinin açılışı ilə əlaqədar birinci növbənin tam fəaliyyət göstərməsi üçün 175 nəfər, ikinci növbənin təşkili üçün əlavə olaraq 500 nəfər işçiyə ehtiyac vardır. Qeyd olunub ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən fabrikdə peşə kursları təşkil olunacaq. Həmin kursları müvəffəqiyyətlə bitirən əməkdaşlara Sertifikatlar təqdim ediləcək ki, həmin şəxslər “Venzana” mebel fabrikində müvafiq işlə təmin olunacaqlar. 

Bugünkü yarmarkada “Venzana” mebel fabrikində işləmək istəyən 288 nəfərin müraciəti qəbul olunub. Müraciət edən vətəndaşlara vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat verilib. 


Onu da qeyd edək ki, “Venzana” mebel fabrikində planlama mütəxəssisi, konstruktor, xammal və material anbarının işçisi, hazır məhsul anbarının işçisi, biçici, dərzi, dərzi usta köməkçisi, karkas sexi usta köməkçisi, döşəmə sexi operator, döşəmə sexi usta köməkçisi, metal sexi qaynaqçı, metal sexi usta köməkçisi, aşbaz köməkçisi, xadimə, PMF kəsim sexi operator, PMF kəsim sexi operator köməkçisi, PMF boya sexi boyaqçı, sifariş sexi mebel ustası, sifariş usta köməkçisi, zımparaçı, montaj sexi usta, montaj sexi usta köməkçisi, mühasib, baş mühasib, satınalma meneceri, satınalma mütəxəssisi, satınalma mütəxəssisi logistika, xarici satınalma meneceri, arxivçi, mühəndis, mühəndis mexanik, hüquqşünas, texniki şöbə rəisi, dizayner, konstruktor, həkim, resepsion, sətəm, santexnik, mühəndis elektrik işləri üzrə vakansiyalar yarmarka iştirakçılarına təqdim olunub.


GOYEZEN.AZ



Facebook-da paylaş