• Təqvim

  • Maraq



Qazax şəhəri Bakı küçəsində yaşayan sakin Rahilə Xasayeva da rayonda görülmüş işlərə görə minnətdarlıq edir


Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində nəinki paytaxt Bakı, eləcə də respblikamızın  bölgələri gündən-günə inkişaf edir. Məhz bu Dövlət Proqramlarının icrası sayəsində ölkəmizin hər yerində genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Bunun bariz nümunəsini son dövrlər abadlaşan, yenilənən Qazax rayonunun timsalında aydın şəkildə görmək olur. Xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra şəhərin prospekt və küçələrinin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işlərinin aparılması və “Abad məhəllə” kimi vətəndaşların istifadəsinə verilməsi rayonda görülmüş işlərin əyani sübutudur. 

Təqdirəlayiq haldır ki, rayonda aparılan quruculuq işləri sakinlər tərəfindən də razılıqla qarşılanır. İstər şəhər və kəndlərdə keçirilən səyyar görüşlərdə, istərsə də vətəndaş qəbullarında rayon sakinləri görülmüş işləri yüksək qimətləndirərək buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Qazax rayonunda həyata keçirilən quruculuq işlərini ölkə başçısının bölgələrimizə olan qayğısı kimi dəyərləndirirlər.

Avqustun 15-də ərizəsinə əsasən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən fərdi şəkildə qəbul edilən Bakı küçəsi ev 121B ünvanında yaşayan Xasayeva Rahilə Həsən qızı da rayonda, eləcə də yaşadıqları küçədə görülmüş işlərə görə təşəkkür edib. 

“Bu gün nəinki rayonumuz, şəhərlə yanaşı, bütün kəndlərimiz, yaşadığımız küçələr abadlaşır. Mən bunun bariz nümunəsini yaşadığımız Bakı küçəsində görülmüş işlərin timsalında aydın şəkildə görürəm. Bu gün küçəmizə yeni asfalt örtüyü çəkilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Elektrik, qaz, internet və rabitə xətlərimiz səliqə salınıb, 24 saat fasiləsiz su ilə təmin olunmuşuq. Sakinləri narahat edən bütün sosial məsələlər demək olar ki, zamanla öz müsbət həllini tapıb”, - deyən R.Xasayeva buna görə ölkə başçısına minnətdarlıq edib. R.Xasayeva ölkə başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğısının, ölkəmizdə yürüdülən dövlət siyasətinin Qazax rayonunda olduğu kimi icra edildiyini vurğulayıb. Ərizəsinə əsasən onun istəyini nəzərə alıb qəbul etdiyinə görə rayon rəhbərliyinə razılığını bildirən R.Xasayeva bugünkü görüşü həmin qayğının bariz nümunəsi kimi qeyd edib.



Facebook-da paylaş