• Təqvim

  • Maraq



İcra başçısı dünən Şəmkir rayonu ərazisində Kür çayında çimərkən boğularaq vəfat edən ailənin yaxınlarını ziyarət edərək onlara başsağlığı verib


Avqustun 13-də Qazax rayonunun Canalı kənd sakinləri 10.02.1985-ci il təvəllüdlü Kərimova Günay Valeh qızı, 23.02.2003-cü il təvəllüdlü Kərimov Nurlan Elbrus oğlu, 17.05.2008-ci il təvəllüdlü Kərimov Akşin Elbrus oğlu Şəmkir rayonu ərazisində Kür çayında çimərkən boğularaq vəfat ediblər. Hər üçü bir ailənin üzvüdür.

Avqustun 14-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul şəxsləri Canalı kəndinə gələrək mərhumların vəfatı ilə əlaqədar yaxınlarını ziyarət edib, onlara başsağlığı veriblər.

İcra başçısı Rəcəb Babaşov mərhum Günay Kərimovanın və övladlarının vəfatından kədərləndiyini bildirib, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm diləyib. Rayon rəhbəri bu ağır faciənin hər kəsi kədərləndirdiyini, onların dərdinə şərik olduqlarını qeyd edib.



Facebook-da paylaş