• Təqvim

  • Maraq



Millət vəkili Səməd Seyidov bu gün Qazaxda üç kənddə olub, sakinlərlə görüşüb


Avqustun 1-də 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qazaxda növbəti dəfə seçiciləri ilə görüşüb. 

Millət vəkili Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə rayonun Kosalar, Dəmirçilər və Məzəm kəndlərində olub, sakinlərin müraciətlərini dinləyib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Hər zaman olduğu kimi, millət vəkili ilə olan bugünkü görüşün arxasında da vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayandığını söyləyib. 

Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. “Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın”, - deyən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində bir yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan quruculuq işlərindən söz açıb. Son illər ölkə başçısının qayğısı sayəsində Qazaxın gündən-günə inkişaf etdiyini qeyd edib. Millət vəkili sərhəddə yaşayan sakinlərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Rayon rəhbərinin sərhəd kəndlərinə xüsusi qayğı ilə yanaşmasını razılıqla qarşılayıb və bütün bunlara görə ziyalılar adından təşəkkürünü çatdırıb. 

Millət vəkili ilə səmimi söhbət edən Kosalar kənd sakinlərindən Cavanşir Rüstəm, Dəmirçilər kənd sakinlərindən İlqar Miralayev, Məzahir Kərimov, Gülnar Osmanova, Gülsənəm Cəlilova, Mürşüd Babayev, Məzəm kənd sakinlərindən Misir Dünyamalıyev, Süleyman Süleymanov, Sabir Məmmədov, Məqsəd Məmmədov və başqaları dövlətin və dövlət başçısının, eləcə də rayon rəhbərliyinin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını çatdırıblar. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə təşəkkür ediblər.

Hər üç görüşdə sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilib. Sakinlərin səsləndirdikləri hər bir məsələyə həssaslıqla yanaşılacağı bildirilib. Həlli mümkün olan məsələlərlə bağlı elə yerindəcə rayon rəhbərliyi tərəfindən aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.  

Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və millət vəkilinin köməkçisi Akif Əmirov da iştirak ediblər. 

Kosalar kəndində olan görüşdən


Dəmirçilər kəndində olan görüşdən




Məzəm kəndində olan görüşdən

GOYEZEN.AZ



Facebook-da paylaş