• Təqvim

  • Maraq



Elm və təhsil naziri BDU-nun Qazax filialında olub


İyunun 19-da Elm və təhsil naziri Emin Əmrullayev Qazax rayonuna səfəri çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialında olub. 

Filialın direktoru Arif Rüstəmov naziri salamladıqdan sonra E.Əmrullayevə Filialın əldə etdiyi uğurlar, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi sahəsində təhsil ocağında görülən işlər barədə məlumat verib, qarşıya qoyulan perspektiv vəzifələrdən danışıb.

Filial ilə ətraflı tanış olan E.Əmrullayev öz tövsiyələrini verib, kollektivə yeni-yeni nailiyyətlər arzulayıb.  



Facebook-da paylaş