• Təqvim

  • Maraq



Elm və təhsil naziri Qazaxda vətəndaşları qəbul edib


İyunun 19-da Elm və təhsil naziri Emin Əmrullayev Qazax rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və Elm və təhsil naziri Emin Əmrullayev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Ümummilli Liderin adını daşıyan Mərkəzdə həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olublar.


Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, xarici diplomların tanınması, fəxri adların verilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. 

https://edu.gov.az/az/news-and-updates/20069-1 



Facebook-da paylaş