Əsas Səhifə > Manşet / Təhsil > Elm və təhsil naziri Qazaxda vətəndaşları qəbul edib
Elm və təhsil naziri Qazaxda vətəndaşları qəbul edib19-06-2023, 17:19 |
İyunun 19-da Elm və təhsil naziri Emin Əmrullayev Qazax rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak ediblər. Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, xarici diplomların tanınması, fəxri adların verilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. https://edu.gov.az/az/news-and-updates/20069-1
Geri qayıt |