• Təqvim

  • Maraq



İcra başçısı Qazaxda fəaliyyət göstərən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Nömrə 1” Psixolojik Nitq Mərkəzində olub


İyunun 9-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə rayonda fəaliyyət göstərən “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Nömrə 1” Psixolojik Nitq Mərkəzində olub, vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb. 

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş uşaq psixoloqu Nərmin Məmmədova mərkəz və burada təqdim edilən xidmətlər barədə məlumat verərək bildirib ki,  Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin sayca 11-ci olan Qazax filialı 2022-ci ilin 24 dekabrından fəaliyyət göstərir. Mərkəzdə əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş aparılır. Bununla yanaşı yaş həddi olmadan insanlara psixo-pedaqoji, loqopedik, psixoloji, müalicəvi idman, eləcə də digər yardımlar göstərilir. Mərkəzdə bu günədək 97 ilkin dəyərləndirmə aparılıb. Hazırda isə mərkəzdə 31 (25 uşaq, 6 böyük) xəstə terapiya görür. N.Məmmədova uğurlu nəticə ilə terapiya müddətini bitirmiş xəstələrin də olduğunu qeyd edib. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində 5 ixtisas üzrə - iki psixo-pedaqoqun, bir psixoloqun, bir müalicəvi idman mütəxəssisinin, bir loqoapedin, bir duyubütünləmə mütəxəssisinin fəaliyyət göstərdiyini vurğulayıb. Mərkəzdə autizm, zəka yetərsizliyi, psixi inkişaf ləngiməsi, nitq ləngiməsi, ümumi inkişaf ləngiməsi, daun, serebral iflic, kəkələmə, afoziya və.s sahələr üzrə terapiyalar aparıldığını qeyd edib. Seansların xüsusi tərtib olunmuş proqram əsasında həyata keçirildiyini söyləyib. 

“Nömrə 1” Psixolojik Nitq Mərkəzi ilə tanış olan rayon rəhbərliyinə məlumat verilib ki, hazırda Mərkəzdə 30 təlimə ehtiyacı olan uşaq var. Həmçinin, Mərkəzdə şəhid və qazi övladları təlim görür. Mərkəzdə psixo-pedaqoqun, psixoloqun, loqoped-defektoloqun, ibtidai sinif müəlliminin fəaliyyət göstərdiyi vurğulanıb. Bundan əlavə, korreksiyaedici təlimin və refleksoloji masajın həyata keçirildiyi bildirilib.  

Hər iki Mərkəzlə tanış olan rayon rəhbəri fəaliyyətlərində uğurlar arzulayıb, göstərilən xidmətlərdə hər zaman vətəndaş məmnunluğunun təmin olunmasına üstünlük vermələrini tövsiyə edib. Mərkəzə müraciət edən insanların razı qalmaları üçün böyük səylə çalışmalarını söyləyib. 

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Qazax filialı

“Nömrə 1” Psixolojik Nitq Mərkəzinin Qazax filialı


GOYEZEN.AZ



Facebook-da paylaş