• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Qol güləşi üzrə daxili turnir keçirilib


“Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialının və Azərbaycan Qol Güləşi Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş filialın daxili turniri keçirilib.

Dahi rəhbərin 100 illiyinə həsr olunmuş filial birincliyində 34 nəfər iştirak edib. 4 çəki dərəcəsində qaliblər müəyyənləşib.

60 kq çəki dərəcəsində filialın Turizm işi ixtisasının I kurs tələbəsi Əliyev Rəşid İlham oğlu I yerə, II kurs tələbəsi Həsənov Sahil Savalan oğlu II yerə, Tarix və coğrafiya müəllimliyi ixtisasının III kurs tələbəsi Cəfərzadə Məhəmməd Elvin oğlu III yerə layiq görülüblər. 

70 kq çəki dərəcəsində filialın Riyaziyyat müəllimliyi ixtisasının I kurs tələbəsi Nəsibov Sənan Fədai oğlu I yeri, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisasının IV kurs tələbələri Hüseynov Nəsib Eldar oğlu II yeri, Axundov Nihad Vidadi oğlu III yeri qazanıblar.

80 kq dərəcəsində filialın Tarix ixtisasının II kurs tələbəsi Mamayev Elvin Kamal oğlu I yerə, Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi İbrahimov Xətai Atəş oğlu II yerə, Riyaziyyat-informatika müəllimliyi ixtisasının IV kurs tələbəsi Nəsibzadə Cəlil Azər oğlu III yerə çıxıblar.

90 kq çəki dərəcəsində filialın İnformatika müəllimliyi ixtisasının III kurs tələbəsi İsmayilov Aqşin Heydər oğlu I yerə layiq görülüb. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq ixtisasının III kurs tələbələri Məmmədov Ələkbər Müslüm oğlu II yerin, Məmmədzadə Maksim Elvin oğlu III yerin qalibi olublar. 


Mayın 5-də müsabiqə qalibləri Diplomlarla təltif olunublar. Təltifolunma mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri də iştirak ediblər.

Rayon rəhbərliyi yer tutan qalibləri təbrik edib, xoş arzularını çatdırıb. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirdə fəal iştirak etdiklərinə, ən əsası da dahi insana, şəxsiyyətə olan böyük hörmət və ehtiramlarına görə razılığını bildirib. Müasir, müstəqil Azərbaycanın memarı olan Ümummilli Lider Heydər Əliyevin qədirbilən xalqımız tərəfindən hər zaman hörmət və ehtiramla yad olunduğunu, uşaqdan böyüyə hər kəsin qəlbində əbədi yaşayacağını, bugünkü gəncliyin sayəsində onun yorulmaz fəaliyyətinin və hər kəsə örnək olan həyatının hər anının gələcək nəsillərə çatdırılacağını vurğulayıb.  

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov tədbirdə iştirak etdiyinə və tələbələrin ünvanına səsləndirdiyi xoş sözlərə, daim filialın kollektivinə verdiyi yüksək qiymətə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. 

Sonda qaliblərə Diplomlar təqdim olunub, xatirə şəkli çəkdirilib. 

GOYEZEN.AZ



Facebook-da paylaş