• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şeir və esse müsabiqəsi keçirilib


“Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şeir və esse müsabiqəsi keçirilib.

Dahi şəxsiyyətin 100 illiyinə həsr olunmuş müsabiqədə filialın tələbələri aktiv iştirak ediblər. 

Şeir nominasiyası üzrə müsabiqədə iştirak edən tələbələrdən filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I kurs tələbəsi Abdullayeva Bəyaz Şükür qızı I yerə, Filologiya ixtisasının III kurs tələbəsi Süleymanov Allahverdi Eyvaz oğlu II yerə layiq görülüblər. 

Esse nominasiyası üzrə müsabiqədə iştirak edən tələbələrdən filialın Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Əmirova Günel Eldəniz qızı müsabiqənin birincisi, Filologiya ixtisasının I kurs tələbəsi İbrahimova Nuray Ramil qızı ikincisi, III kurs tələbəsi Məmmədova Türkan Sübhan qızı isə üçüncüsü olub.


Mayın 5-də müsabiqə qalibləri Diplomlarla təltif olunublar. Təltifolunma mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri də iştirak ediblər.

Rayon rəhbərliyi qalib adını qazanan bütün tələbələri təbrik edib, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqədə iştiraklarına, dahi şəxsiyyətə olan hörmət və ehtiramlarına görə razılığını bildirib. Müstəqil Azərbaycanın qurucusu və memarı, xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını, bugünkü gəncliyin sayəsində onun yorulmaz fəaliyyətinin və hər kəsə örnək olan həyatının hər anının gələcək nəsillərə çatdırılacağını söyləyib. 

BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov tədbirdə iştirakına və tələbələrin ünvanına səsləndirdiyi xoş sözlərə, daim filialın kollektivinə verdiyi yüksək dəyərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. 

Sonda qaliblərə Diplomlar təqdim olunub, xatirə şəkli çəkdirilib. 

GOYEZEN.AZ



Facebook-da paylaş