Cəfərli kənd bağçası əsaslı şəkildə yenidən qurulacaq
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əsaslı şəkildə təmir olunmuş Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının açılışından sonra Cəfərli kəndinə gedib. Milli Məclisin deputatı Ülviyyə Ağayeva ilə birlikdə kənd uşaq bağçasına baxan İcra Başçısı burada uşaqlar üçün ayrılmış otaqların günün tələblərinə uyğun olmadığını bildirib. Qeyd edib ki, gələcəyimiz olan körpələr belə şəraitdə tərbiyə alıb böyüməməlidir.
Kənd ağsaqqallarından Sabir Vəliyev, Seyfəddin Vəliyev və başqaları söz alaraq kəndə asfalt yolun çəkilişinə başlanmasına görə ölkə başçısı İlham Əliyevə kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Bununla yanaşı rayon rəhbərliyindən uşaq bağçası üçün normal şəraitin yaradılmasını xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bağça üçün müvafiq otaqların ayrılması və əsaslı şəkildə təmir olunması barədə göstəriş verib. Bildirib ki, Cəfərli kənd uşaq bağçası qısa müddətdə yenidən qurulmalı, istilik sistemi ilə təmin olunmalı və uşaqlar üçün yüksək şərait yaradılmalıdır.
Cəfərli kəndində olarkən rayon rəhbərliyi Cəfərli kənd tam orta məktəbinə də baş çəkib, mövcud vəziyyətlə yerində tanış olub.

GOYEZEN.AZ
Facebook-da paylaş