Millət vəkili Səməd Seyidov Qazaxda təhsil işçiləri ilə görüşüb YENİLƏNƏCƏK
Martın 16-da 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Qazaxda təhsil sahəsində çalışan işçilərlə görüşüb. Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, deputat köməkçisi Akif Əmirov, məktəb direktorları, direktor müavinləri, məktəblilər iştirak ediblər. Səmimi söhbət əsasında keçən görüşdə Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçıları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə, bu sahədə çalışan insanlara göstərdikləri diqqət və qayğıdan söz açılıb. Ölkəmizdə dövlət tərəfindən təhsil sahəsinin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışılıb. Millət vəkili Səməd Seyidov məktəb direktorlarının, müəllimlərin, məktəblilərin ürək sözlərini və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Facebook-da paylaş