• Təqvim

  • Unutma

  • Maraq



Nazir İnam Kərimov Qazaxda vətəndaşları qəbul edib və rayonun gənc atletləri ilə görüşüb


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov sentyabrın 24-də, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax, Ağstafa  və Tovuz  rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan sonra nazir, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti İnam Kərimov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə rayonun gənc atletləri ilə görüşüb.


Qazax Olimpiya İdman Kompleksində, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə ağırlıqqaldıranların məşq etdiyi zallarda yaradılan şəraitlə tanış olub. Ağır atletika ilə məşğul olan idmançıların hazırlıq səviyyələrinin artırılması üçün görüləcək işlər, bu idman növünün mövcud potensialı və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

Idmançılarla səmimi söhbət edən nazir İnam Kərimov sonda onlarla xatirə şəkli çəkdirib.

GOYEZEN.AZ



Facebook-da paylaş