• Təqvim

  • Maraq



Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçirilib


Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qazax rayonunda vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov  Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Dahi şəxsiyyətin adını daşıyan Heydər Əliyev Mərkəzi ziyarət edilərək əziz xatirəsinə dərin ehtiram ifadə edilib. 

Qazaxda qonaq olan Saleh Məmmədov sonra 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış "Qarabağ Azərbaycandır!” Abidə Kompleskini ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş igid Vətən oğullarının əziz xatirəsini yad edib. 


Daha sonra Qazax Gənclər Mərkəzinin inzibati binasında keçirilən qəbulda Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.



Facebook-da paylaş