• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən yaralanan hərbçimizin anasının istəyi yerinə yetirilib


Sentyabrın 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və millət vəkili Ülviyyə Ağayevanın Xanlıqlar və Qarapapaq kəndlərində olması, sentyabrın 12-dən etibarən düşmən təxribatının qarşısını alarkən yaralanmış hərbi qulluqçularımızın ailələrinə baş çəkməsi barədə məlmat vermişdik. 

Əsgər Hüseynov Pənah Surxay oğlunun evində olan zaman yaralımızın anası məişət şəraitinin yaxşılaşdırılması məqsədilə rayon rəhbərliyindən dolab alınmasını xahiş etmişdi. Artıq yaralımızın anasının istəyi yerinə yetirilib. Bu gün dolab alınaraq yaralımızın ailəsinə hədiyyə edilib. 

Yaralımızın anası Zenfira Hüseynova təkcə övladı ilə deyil, onunla çiyin-çiyinə vuruşan bütün hərbçilərimizlə qürur duyduğunu söyləyir. Bir ana kimi övladına, eləcə də digər hərbçilərimizə, yaralılarımıza, şəhid ailələrinə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirir. İstəyinin təmin olunmasını dövlət qayğısının bariz nümunəsi kimi qeyd edir.


GOYEZEN.AZ



Facebook-da paylaş