Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Novruz bayramı münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Novruz bayramı münasibətilə
paylaşım edib. Paylaşımda
deyilir: "Əziz həmvətənlər! Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik
edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!
Təbriklərinizə, səmimi və xoş diləklərinizə görə çox sağ olun! Sizin
diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir! Allah Vətən uğrunda
həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və
yaxınlarına səbir versin! Qoy təbiətin oyanmasının və yenilənməsinin rəmzi olan
Novruz hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və
firavanlıq bəxş etsin! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman
əsirgəməsin!”.
Facebook-da paylaş