Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram”
səhifəsində Ramazan bayramı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: "Əziz
həmvətənlər! Təsviredilməz
qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş
arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi
çatdırıram! Qoy, insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi
kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma
və əmin-amanlıq gətirsin! Vətən uğrunda
həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm. Onların doğma və
yaxınlarına səbir diləyirəm. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman
əsirgəməsin! Bütün dünya
müsəlmanlarını Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, Allahdan
onların dua və oruclarının qəbul olunmasını diləyirəm. Dərin hörmət
və sevgilərlə, Sizin
MEHRİBAN”.
Facebook-da paylaş