İcra başçısı İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin şagirdi Fatimə Məmmədlini qəbul edib
Hər kəsə yaxşı məlumdur ki, Qazaxda rayon rəhbərliyi
tərəfindən bütün sahələrə olduğu kimi, təhsil sahəsinə də qayğı göstərilir. İcra
başçısının rəhbər təyin olunduğu ilk gündən təhsil sahəsinə xüsusi diqqət
ayırması, müəllimlərə, şagirdlərə, xüsusi istedadı ilə fərqlənən gənclərə hər
zaman qayğı ilə yanaşması bu dediklərimizin əyani sübutudur. İcra
Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul şəxsləri, Rayon Təhsil
Şöbəsinin müdiri Nizaməddin Babanlı, məktəblini hazırlayan Kosalar kənd tam orta məktəbin
Uşaq Birliyi Təşkilatı Rəhbəri Gülnaz Alıyeva, sinif rəhbəri Günay Alıyeva və şeirin
müəllifi şair Barat Vüsal iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Ali Baş Komandan
İlham Əliyevin əzmi, qətiyyətli mövqeyi və rəhbərliyi altında Ordumuzun
qazandığı zəfərlərin bu gün də hər kəsin ürəyini, qəlbini fərəh hissi ilə
döyündürdüyünü qeyd edib. İcra başçısı bu gün millətini, xalqını, Vətənini,
dövlətini, ölkə rəhbərini sevən hər kəsin "Qarabağ bizimdir!”,
"Qarabağ Azərbaycandır!” söylədiyini, uşağın da, böyüyün də ölkə vətəndaşı
olaraq bizi Qələbə ilə sevindirən şəhidlərimizi unutmadığını, onlarla qürur
duyduqlarını söyləyib. Qazandığımız tarixi nailiyyətə görə Ali Baş Komandana, Vətən
uğrunda sağlamlığını itirən qazilərimizə, canından keçən şəhidlərimizə borclu
olduğumuzu bir daha vurğulayıb. Rayon rəhbəri yaşının kiçik olmasına baxmayaraq Vətənə,
xalqına,dövlətinə, ölkə Prezidentinə olan
sevgisinə, şəhidlərinə olan ehtiramına görə məktəblimizi alqışlayıb, onun
vətənpərvər ruhda tərbiyə olunmasında əməyi keçən müəllimlərinə və
valideynlərinə minnətdarlığını bildirib. Valideyninə və müəllimlərinə Fatimə balamıza
verdikləri tərbiyəyə, aşıladıqları vətənpərvərlik hissinə görə razılığını ifadə
edib. İcra başçısı bildirib ki, bu gün bu gözəl balanı qəbul
etməkdə əsas məqsəd onun simasında gələcəyimiz olan uşaqlara diqqət və qayğını
göstərmək, xüsusi istedadı ilə seçilən uşaqları daha da ruhlandırmaqdır. Nəinki
Fatiməyə, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər
zaman hiss etdirmək lazımdır. Kosalar kənd tam orta məktəbin
Uşaq Birliyi Təşkilatı Rəhbəri Gülnaz Alıyeva, sinif rəhbəri Günay Alıyeva çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və
qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident
Mehriban Əliyevaya, eyni zamanda onlara göstərilən səmimi münasibətə görə rayon
rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü Fatimənin
timsalında bütün şagirdlərə olan qayğı kimi qiymətləndiriblər. Sonda məktəbliyə təşəkkürünü çatdıran rayon rəhbəri
ona gələcəkdə dərslərində daha böyük müvəffəqiyyətlər qazanmasını arzulayıb. Səmimi söhbət əsasında keçən görüşün sonunda məktəbliyə
hədiyyə təqdim olunub. Məktəblini hazırlayan Uşaq Birliyi Təşkilatı Rəhbəri
Gülnaz Alıyeva isə 2021/2022-ci tədris ilinin başlanması və təhsil sahəsində
səmərəli fəaliyyətinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri
Fərmanı ilə təltif edilib. Sonda xatirə şəkli çəkdirilib.
GOYEZEN.AZ
Rayon rəhbərinin bu gün 2021-2022-ci tədris
ilinin başlanması münasibətilə İsmayıl Şıxlı adına Kosalar kənd tam orta
məktəbində olan zaman vətənpərvərliyi ilə seçilən, Azərbaycan Yazıçılar Birliyi
Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın yazdığı
"Şuşanı alan oğullar!” şeirini səsləndirən 4c sinif şagirdi Məmmədli Fatimə
Yaşar qızını qəbul etməsi, onunla görüşməsi də bu qayğının bariz
nümunəsidir. Məktəbli ilə keçirilən görüş
onun timsalında gələcəyimiz olan uşaqlara göstərilən növbəti qayğıdır. Demək
olar ki, rayon rəhbərliyi tərəfindən keçirilən bu cür görüşlər artıq bir ənənə
halını alıb.
Facebook-da paylaş