İcra başçısı Qazax Rayon Mərkəzi Xəstəxanasında səhiyyə işçiləri ilə görüşüb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun rəhbər kimi
təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə
yanaşdığı sahələrdən biri də məhz səhiyyə sahəsidir. Rayon rəhbərinin bu sahəyə
olan diqqətinin ən bariz nümunəsi səhiyyə müəssisələrində olması, vətəndaşlara
göstərilən xidmətlərlə maraqlanmasıdır. Bu gün Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul
işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səhiyyə
Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyətində baş mühəndis
İmran İsmayılovla birlikdə Rayon Mərkəzi
Xəstəxanasında olub, səhiyyə işçiləri ilə görüşüb, xəstəxanadakı mövcud vəziyyətlə, vətəndaşlara göstərilən xidmətlərlə
maraqlanıb. Dövlət başçısı
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan
danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük
qayğı göstərdiyini qeyd edib. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət
qayğısından söz açan icra başçısı bunun bariz nümunəsi olaraq ötən il
martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən
Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib. İcra başçısı koronavirus infeksiyasının yayılmasının
qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən təxirəsalınmaz
tədbirlərdən də danışıb. Respublika Prezidenti İlham Əliyevin atdığı qətiyyətli
addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə
koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində
görülən bütün işlərin məhz vətəndaşların sağlamlığının qorunmasına yönəldiyini
vurğulayıb. İcra başçısı bildirib ki, ölkə rəhbəri İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına
çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili,
xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub
və bundan sonra da olacaq. İcra başçısı Respublika Prezidenti İlham Əliyevin
rəhbərliyi altında ölkəmizdə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən
işlərə hər birimizin dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə
çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəsin səfərbər olmalı
olduğumuzu qeyd edib. Rayon rəhbəri pandemiya
ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin
vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu və ümumrayon işində hər
bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. İcra başçısı
pandemiya ilə bağlı aparılan mübarizə tədbirlərinə, ölkəmizdə elan edilmiş
xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyin hər bir
vətəndaşın borcu olduğunu bildirib. Hər kəsə üzərinə düşən işin məsuliyyətini
dərk etməyi tövsiyə edib. İcra başçısı qeyd edib ki, son aylarda COVID-19 infeksiyasına yoluxma
hallarının sayında əhəmiyyətli azalma və ümumi epidemioloji vəziyyətin müsbətə
doğru dəyişməsi həyata keçirilən səmərəli tədbirlərin təzahürüdür. 2021-ci ilin
əvvəlindən həyata keçirilməsinə başlanmış vaksinasiya prosesinin uğurla davam
etdirilməsinin nəticəsidir ki, xüsusi karantin rejimi çərçivəsində tətbiq
olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına əlavə imkanlar yaradır. Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci il iyulun 1-dən
bir sıra şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri
və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul etməsi bu dediklərimizin
əyani sübutudur.
İcra başçısı respublikamızın hər yerində olduğu
kimi, Qazax rayonunda da əhalinin peyvənd
olunması prosesinin uğurla davam etdiyini bildirib. Vaksinasiya prosesi
başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 70 min 741 doza
vaksin vurulduğunu, birinci doza vaksin vurulmuş şəxslərin sayının 40 min 174 nəfər, ikinci doza
vaksin vurulmuş şəxslərin sayının isə 30 min 567 nəfər
olduğunu vurğulayıb. Vaksinasiya prosesinin bundan sonra da uğurla davam
etdirilməsi üçün hər kəsin var qüvvə ilə çalışmalı olduğunu söyləyib. Rayon rəhbəri
dövlət başçısının bütün sahələrdə şəffaflığın təmin olunması, xüsusilə də rüşvətxorluğa
və korrupsiyaya qarşı mübarizə sahəsində məqsədyönlü işlərin görülməsi istiqamətində
verdiyi tapşırıq və tövsiyələrin son illər Qazax rayonunda da birmənalı şəkildə
icra olunduğunu bildirib. Bu sahənin daim diqqət mərkəzində saxlanıldığını qeyd
edib. Rayon rəhbəri bu cür halların hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən
də daim nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.
"Səhiyyə sahəsi xidmət sahələri arasında öncül yerdə
dayanır”, - deyən icra başçısı bu sahənin istər nizam-intizamda, istər səliqə-sahmanda,
istərsə də vətəndaşlara göstərilən diqqət və qayğıda hər zaman nümunə olduğunu
bildirib. Yüksək şəraiti olan xəstəxanada vətəndaşlara yüksək səviyyədə xidmət
göstərilməli olduğunu diqqətə çatdırıb. Rayonda səhiyyə sahəsinin inkişaf etməsi, vətəndaşlara yüksək səviyyədə
tibbi xidmət göstərilməsi üçün yeni xəstəxanada hər cür şərait yaradıldığını qeyd
edib. Bundan sonra da böyük səylə çalışmalarını bildirən rayon rəhbəri tibb
işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. "Qazax Rayon
Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova səhiyyə
sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi
kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların qayğıları ilə
yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq edib. Dövlətin səhiyyə
işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa
çalışacaqlarını bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş