İcra başçısı Qazax Müalicə Diaqnostika Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun fəaliyyətə başladığı ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi
olaraq qayğı ilə yanaşdığı sahələrdən biri vətəndaşlara göstərilən xidmət sahələridir.
Təqdirəlayiq hal isə odur ki, bu diqqət və qayğı bütün sahələri əhatə edir. İstər
səhiyyə, istər təhsil, istər mədəniyyət, istərsə də digər xidmət sahələrində vətəndaşlara
göstərilən qayğını daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin səhiyyə
sahəsinə olan diqqətinin bariz nümunəsi isə mütəmadi olaraq səhiyyə ocaqlarında
olmasıdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov bu gün də Qazax Müalicə
Diaqnostika Mərkəzində vətəndaşlara göstərilən xidmət sahələri, dərman təchizatı
və yaradılan nizam-intizamla tanış olub. Palataları gəzərək müalicə alan xəstələrə, o cümlədən dializ xəstələrinə
baş çəkib, qayğıları ilə maraqlanıb. Rayon rəhbərliyi müalicə olunan hər bir xəstəyə həssaslıqla
yanaşılmalı, diqqət və qayğı göstərilməli olduğunu qeyd edib və bununla bağlı
aidiyyəti üzrə tapşırıqlarını verib.
GOYEZEN.AZ
Facebook-da paylaş