Qazax: Su təchizatı yaxşılaşdırılır
Respublika mətbuatı Qazax
haqqında Azərbaycan
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf
etdirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatının daha da
yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi
istiqamətində ölkəmizdə mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə
su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə
verilir. Ölkə Prezidentinin imzaladığı sərəncamlara
əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın regionlarında əhalinin
içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində təqdirəlayiq
işlərin görülməsi bunun bariz nümunəsidir. Dövlət başçısının bu sahədə verdiyi
tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayon
rəhbəri Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Tovuz Subartezian
Quyuları İstismarı İdarəsinin sahə rəisi Fidai Məmmədov və digər aidiyyəti
şəxslərlə birlikdə ötən il qazılan yeni subartezian quyularının mövcud
vəziyyəti ilə bağlı yerində baxış keçirib. Bununla əlaqədar rayonun Kəmərli,
Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Çaylı, Ürkməzli və
Xanlıqlar kəndlərində olublar. Subartezian quyularının mövcud vəziyyəti ilə
yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib. Rəcəb
Babaşov əkin sahələrinin suvarılması zamanı su itkisinə yol verilməməsinin
vacibliyini vurğulayıb. Xüsusilə də əkin sahələrini suvaran kənd sakinlərinin
növbəlilik prinsipinə ciddi şəkildə əməl etmələrini, istər gündüz, istərsə də
gecə növbəsində su itkisinin qarşısının alınması istiqamətində bütün zəruri tədbirlərin
görülməsini bildirib. Səmimi
söhbət zamanı kənd sakinləri əkin sahələrinin və əhalinin içməli suya olan
tələbatının ödənilməsi üçün subartezian quyularının qazılmasına görə razılıqlarını
bildiriblər. Vəli
VƏLİYEV, "Respublika”
qəzetinin bölgə müxbiri 2 may 2021-ci il
Rayonda dövlət başçısının müvafiq Sərəncamları ilə
2016-cı ildə 5, 2017-ci ildə 11, 2018-ci ildə 11, 2019-cu ildə 11 ədəd
subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. "Əkin sahələrinin
və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian
quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında”
Respublika Prezidentinin 4 fevral 2020-ci il tarixli Sərəncamına əsasən rayonun
Ağköynək, Aslanbəyli, Aşağı Salahlı, Cəfərli, Çaylı, Daş Salahlı, Dəmirçilər,
Xanlıqlar, Kəmərli, Kosalar, Qarapapaq, Qaymaqlı, Orta Salahlı və Ürkməzli
kəndlərinin hər birində 1 ədəd olmaqla, daha 14 ədəd yeni subartezian quyusu
qazılıb. Beləliklə, bu gün rayon ərazisində 191 ədəd suabartezian quyusu kənd
sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin suvarılmasında
böyük əhəmiyyət daşıyır.
Facebook-da paylaş