• Təqvim

  • Maraq



Qazaxda subartezian quyularının qazılması uğurla davam etdirilir


Son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, bu məqsədlə su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilir. Ölkə Prezidenti İlham Əliyevin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın bütün regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində təqdirəlayiq işlərin görülməsi bunun bariz nümunəsidir.

Təkcə son 3 ildə dövlət başçısının müvafiq Sərəncamları ilə Qazax rayonunda 27 ədəd subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə verilməsi də bu sahədə görülən işlərin əyani sübutudur. Sevindirici haldır ki, hər il olduğu kimi, bu il də "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Respublika Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.  

Ölkə başçısının "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 12 fevral 2019-cu il tarixli Sərəncamına əsasən respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da - Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı Çaylı kəndlərinin hər birində 1 ədəd olmaqla, cəmi 11 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulub.

Artıq Sərəncamda əksini tapan kəndlərdən Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Bala Çaylı, Aşağı Salahlı Çaylı kəndlərində nəzərdə tutulan subartezian quyuları qazılıb. Hazırda həmin Sərəncama uyğun olaraq Dəmirçilər Qaymaqlı kəndlərində subartezian quyusunun qazıntısı işləri uğurla davam etdirilir. 

Beləliklə, ölkə rəhbərinin diqqət və qayğısı sayəsində imzaladığı müvafiq Sərəncamlarla qazılan subartezian quyusunun sayı 38-ə çatdırılıb.


 

GOYEZEN.AZ



Facebook-da paylaş