Qazaxda daha bir Körpələr Evi-Uşaq bağçası yenidənqurma və əsaslı təmirdən sonra uşaqların istifadəsinə verilib
Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı
körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə
olunması istiqamətində məqsədyönlü işlər görülür. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
Əliyevanın uşaqlara, gənc və yeniyetmələrə göstərdikləri dövlət
qayğısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əsas götürülür. Son
illər rayonda dövlət başçısının qayğısı sayəsində körpələrin daha yaxşı şəraitdə
tərbiyə və təhsil almaları üçün yaradılan şərait, bu sahədə görülmüş işlər,
xüsusən də yeni məktəb binalarının tikilməsi, məktəbəqədər təhsil müəssisələrinin
inşa olunması, əsaslı şəkildə yenidən qurulması bu sahədə görülmüş işlərin əyani
sübutudur. Ümumiyyətlə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində
saxladığı bağça tikintisi və yaxud da əsaslı şəkildə təmir olunması, körpələr evi-uşaq bağçalarının müasir inventar və avadanlıqlarla təchiz edilməsi uğurla
davam etdirilir. Rayon rəhbərinin uşaqlara olan sonsuz diqqətinin, uşaq
bağçalarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və
tövsiyələrin nəticəsidir ki, bu gün Qazaxda olan 25 məktəbəqədər təhsil müəssisəsindən
21-i tam müasir standartlara cavab verən səviyyədədir. Həmin təmirli şəhər
bağçalarından 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində
məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Aşağı
Salahlı, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 1,2 və 3 saylı, Xanlıqlar,
Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı Körpələr Evi-Uşaq bağçaları, Cəfərli,
Canalı, Qazaxbəyli, Quşçu Ayrım və Bala Cəfərli kənd Uşaq bağçaları bu
istiqamətdə görülən işlərin bariz nümunəsidir. Yola saldığımız 2020-ci il Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq
bağçasının kollektivi üçün də uğurlu bir il oldu. Belə ki, tələbata
cavab verməyən digər bağça binaları kimi 1 saylı bağçanın da əsaslı şəkildə
yenidən qurulmasına başlanıldı. Kosalar kəndində sayca üçüncü olan 35 yerlik Kosalar
kənd 1 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması ölkə
başçısının gələcəyimiz olan uşaqlara göstərdiyi qayğının Qazax rayonunda bundan
sonra da uğurla davam etdirilməsi deməkdir.
Bu gün 35 yerlik Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq
bağçası yenidənqurma və əsaslı təmirdən sonra körpə fidanların istifadəsinə
verilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, icra aparatının
məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı
Səməd Seyidovun köməkçisi Akif Əmirov, bağça kollektivi, valideynlər və uşaqlar
tədbirdə iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov çıxış
edərək müqəddəs Ramazan bayramı və yeni bağçanın istifadəyə verilməsi
münasibətilə valideynləri, bağçanın kollektivini, bütün kənd sakinlərini təbrik
edib, xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün istifadəyə verilən bu
yeni bağça istər müəllimlər, istər valideynlər, istərsə də körpə balalar üçün bayram
ərəfəsində əsl töhfədir. İcra başçısı bildirib ki, bu gün ölkəmizdə
Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva
tərəfindən körpələrə hər cür diqqət və qayğı göstərilir. Ulu Öndər Heydər
Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamı yeni bağçaların inşa
olunaraq körpə balaların istifadəsinə verilməsində özünü aydın şəkildə
göstərir. Çünki uğurlu təhsilin başlanğıcı məhz məktəbəqədər təhsil müəssisəsindən başlayır. Ölkə başçısının bu sahədə həyata keçirdiyi
uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda uğurla
icra olunur. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıq və tövsiyələr,
imzalanan çoxsaylı Sərəncamlar olduğu kimi həyata keçirilir. Hər kəsə yaxşı məlumdur ki, fəaliyyətə
başladığım ilk gündən qarşıma məqsəd qoymuşam ki, rayonda olan bütün bağçalar
əsaslı şəkildə təmir olunmalı və bağçalarda hər cür şərait yaradılmalıdır.
Çünki bizim fidan balalarımız hər şeyin ən yaxşısına layiqdirlər. Bu gün
sevindirici haldır ki, biz illər öncə bu istiqamətdə işlərə başladıq və uğurla
da davam etdiririk. Kosalar kəndində 3-cü bağçadır ki, bu gün tam müasir
standartlara cavab verən səviyyəyə çatdırılaraq körpə fidanların istifadəsinə
verilir. "Bağçalarda yaradılan yüksək şərait və təchizat böyük şəhərlərdə
olan bağçalardan heç də geri qalmır. Çalışacağıq ki, təmirə ehtiyacı olan digər
bağçalar da əsaslı şəkildə təmir olunsun. Qarşımıza məqsəd qoyumuşuq ki, körpə
fidanları, valideynləri, müəllimləri bundan sonra da sevindirək”, - deyən icra
başçısı bu sahədə olan işlərin davam etdiriləcəyini qeyd edib. Rayon rəhbəri bildirib ki, bu gün tam
əminliklə deyə bilərik ki, Qazax rayonunda uşaqlara və bağçalara göstərilən
diqqət və qayğı ən yüksək səviyyədədir. Bunu istər bağçalardakı ərzaq
təminatından, istərsə də yaradılan şəraitdən də aydın şəkildə görmək olar. Sonda rayon rəhbəri bir daha yeni bağçanın
istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, onlara səmərəli fəaliyyət
arzulayıb və ən xoş arzularını çatdırıb. Kosalar kənd sakinlərindən Azərbaycan Yazıçılar
Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat
Vüsal, şair Cavanşir Rüstəm, Əməkdar məşqçi Tariyel Nəsibov,
valideynlərdən şəhid anası Zərnişan İsmayılova çıxış edərək dövlət başçısının yürütdüyü
daxili və xarici siyasəti hər zaman dəstəklədiklərini və son illər aparılan
uğurlu islahatları yüksək qiymətləndirdiklərini dilə gətiriblər. Qeyd ediblər
ki, bu gün
sevindirici haldır ki, paytaxt Bakı ilə yanaşı, bölgələrimizdə, o cümlədən də
Qazaxda gələcəyimiz olan körpələrə belə diqqət və qayğı göstərilir. Bağçanın
əvvəlki vəziyyəti ilə indiki dövrünü müqayisə edən çıxışçılar belə yüksək
səviyyədə yaradılan şəraiti gələcəyimiz olan uşaqlarla bağlı atılan ən uğurlu
addımlardan biri kimi qiymətləndiriblər. Qeyd
ediblər ki, görülən
bütün işlər bizi bir daha əmin edir ki, uşaqlarımızın gələcəyi əmin əllərdədir.
Bütün bu işlərin təməlində isə Prezident İlham Əliyevin, Birinci
vitse-prezidenti Mehriban Əliyevanın uşaqlara olan sonsuz diqqəti və qayğısı
dayanır. Buna görə biz qazaxlılar da rayonda həyata keçirilən genişmiqyaslı
tikinti-quruculuq işlərinə görə ölkə başçısına və siz rayon rəhbərliyinə
minnətdarlığımızı çatdırırıq. Son illər rayonda, eləcə də
Kosalar kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd edən kənd
sakinləri kənddə fəaliyyət göstərən 3 uşaq bağçasının yüksək səviyyədə təmir
olunmasını, məktəbin yenidən qurulmasını, yeni asfalt yolun çəkilməsini, eləcə
də aparılan bütün abadlıq və quruculuq işlərini bu gün də yüksək qiymətləndirdiklərini
vurğulayıblar. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən
işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə
qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə
vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd
sakinləri adından bir daha təşəkkürlərini çatdırıblar. Yeni istifadəyə verilən Kosalar kənd 1 saylı
Körpələr Evi-Uşaq bağçasının müdiri Şəfaqət
Musayeva çıxış edərək qeyd edib ki, bu gün bu sevinc payından təkcə
bağça işçilərinə deyil, bütün kənd sakinlərinə pay düşür. Bu sevinci isə
bizlərə ölkə başçısı İlham Əliyev başda olmaqla rayon rəhbərliyi bəxş edir.
Bağça müdiri onlar üçün yaradılan yüksək şəraitə və sonsuz qayğıya görə dövlət
başçısına, rayon rəhbərliyinə kollektiv adından minnətdarlığını çatdırıb.
Bundan sonra daha da məsuliyyətlə çalışacaqlarını və onlara göstərilən etimadı
daim doğruldacaqlarını bildirib. Bağçada tərbiyə alan uşaqlar şeirlərini
səsləndirdikdən sonra uşaq bağçası binasının rəmzi açılışını bildirən qırmızı
lent kəsilib. Sonra tədbir iştirakçıları əsaslı şəkildə yenidən qurulan bağça
ilə tanış olublar. Bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən
yüksək qiymətləndirilib. Məlumat üçün qeyd edək ki, istifadəyə verilən 35
yerlik Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçasında bir böyük və
bir kiçik qrup fəaliyyət göstərəcək. Bağçada yüksək səviyyədə müdir otağı, qrup
otağı, yataq otağı, camaşırxana, anbar və əlavə olaraq mətbəx də inşa olunub. Bundan
əlavə, hər qrup üçün ayrıca sanitar qovşağı yaradılıb. Bağça müasir istilik
sistemi ilə təmin olunub. Yeni bağça müasir avadanlıqlarla da təchiz edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş