Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə qərara
alıram: 1. Azərbaycan Respublikasında Vətən müharibəsi
şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat
12:00-da bir dəqiqəlik sükut elan edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 dekabr 2020-ci il.
Facebook-da paylaş