Qazax xəbərləri
Respublika mətbuatı
Qazax haqqında İcra başçısı hərbçi anasını ziyarət edib Müzəffər Azərbaycan Ordusu döyüş meydanında hər gün yeni
qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir.
Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında
Azərbaycan Ordusunun gücünü görür. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri
şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut edirlər ki, Azərbaycanın güclü
ordusu var. Ən əsası da həmin ordu öz torpağımızda vuruşaraq, öz torpağımızı
qoruyur və işğalçıları öz torpaqlarımızdan qovur. Ali Baş Komandan İlham
Əliyevin "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi
bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə
diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcu olmalıdır. Hər bir ölkə
vətəndaşı çalışmalıdır ki, ön cəbhədə vuruşan igid Vətən oğullarının arxa
cəbhədə olan ailəsinə, yaxınlarına sahib çıxsın, qayğıları ilə maraqlansın. "Hər bir hərbçimiz bizim üçün doğmadır, əzizdir”, -
deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun hərbçimiz, gizir
Cəfərov Xəyyam İsgəndər oğlunun Yuxarı Salahlı kəndində yaşayan anasını ziyarət
etməsi dövlətin, ölkə Prezidentinin hərbçilərimizə, onların ailələrinə olan
diqqət və qayğısının daha bir bariz nümunəsidir. Hərbçi anası Cəfərova Nəcibə Elman qızının evində olan
icra başçısı Rəcəb Babaşov şanlı Ordumuzun qazandığı qələbədə onun övladının da
böyük payı olduğunu bildirib və qələbələr münasibətilə ananı təbrik edib. Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xəyyamın və onun timsalında
bütün hərbçilərimizin daha böyük zəfərlər əldə edəcəyini qeyd edib. Vətənpərvər
övlad böyüdən anaya səmimi ürək sözlərini çatdıran rayon rəhbəri verdiyi
tərbiyəyə, övladında aşıladığı Vətən sevgisinə görə minnətdarlığını və
razılığını bildirib. Hərbçi anasının qayğıları ilə maraqlanan icra başçısı
hərbçilərimizə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə
olacağını vurğulayıb. Hərbçimizin anası Nəcibə Cəfərova bir hərbçi anası
kimi övladı ilə qürur duyduğunu söyləyib. Oğlunun timsalında bütün
hərbçilərimizə böyük zəfərlər qazanmağı və üçrəngli Azərbaycan Bayrağını
tezliklə Qarabağda, Şuşada dalğalandırmalarını arzulayıb. Və həmin böyük tarixi
günün çox yaxında olduğunu dilə gətirib. Hərbçi anası kimi ona göstərilən
qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə razılığını ifadə edib. Sərhəd
kəndi Fərəhlidə yeni asfalt örtüyü Respublika
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə yol
infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü işlərin
nəticəsidir ki, respublika və yerli əhəmiyyətli yollar yenidən qurulur, ən
ucqar dağ kəndlərinə belə yeni yollar çəkilir. Yol infrastrukturunun
yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər Qazaxda da uğurla
icra olunmaqdadır. Ölkə Prezidentinin qayğısı sayəsində son illər rayonun
Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu
Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş
Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə
görülən işlərin bariz nümunəsidir. Rayonda
uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşən Fərəhli avtomobil
yolunun da əsaslı şəkildə təmir olunmasına böyük ehtiyac vardı. Kənd
sakinlərinin müraciəti əsasında Qazax Rayon İcra Hakimiyyəti tərəfindən
dəfələrlə qum-çınqıl tökülərək cari təmir edilən Fərəhli yoluna bu gün yeni
asfalt örtüyü vurulur. Ölkə Prezidentinin 10 sentyabr 2020-ci il tarixli
sərəncamına əsasən düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinə yeni asfalt yolun
çəkilməsi bir daha onu göstərir ki, bu sahədə görülən işlər bundan sonra da
uğurla davam etdiriləcək. Ən əsası da Fərəhli kəndinə yeni yolun çəkilməsi bir
daha onu sübut edir ki, dövlətin və dövlət başçısının sərhəddə yaşayan
vətəndaşlara olan qayğısı bundan sonra da davamlı olacaq. Yeni çəkilmiş asfalt
yolun yol yatağı 9-12 metr enində genişləndirilib. Hazırda yeni asfalt örtüyünün
vurulması uğurla davam edir. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 24 oktyabr 2020-ci il
Facebook-da paylaş